21 yanvar 2019, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Vicdan
Vicdan
16.04.2018, 11:38

Sevindik KƏRİMLİ


Sabahkı tədbirə görə universitetdə ciddi hazırlıq işləri gedirdi. Uşaq evində görüşümüz var idi. Müəllim və tələbə heyyətimiz hər şeyin yüksək səviyyədə olması üçün əlindən gələni edirdi. Mən də üzərimə düşən işi məsuliyyətlə yerinə yetirmək üçün əlimdən gələni etməyə çalışırdım. Uşaqlar üçün müxtəlif hədiyyələr almışdıq. Oyuncaqlar, paltarlar, ayaqqabılar, xülasə, uşaqların bəyənəcəyi hər şeydən almışdıq. Doğrusu birinci dəfə idi ki, uşaq evində olacaqdım, həm mənə maraqlı gəlirdi, həm də bir az həyəcanlı idim. Uşaqlarla necə davranacağımı bilmirdim. Hər halda birinci dəfə idi.


Uşaqlarla görüşümüz saat 10-da baş tutmalı idi, daha doğrusu tədbir saat 10-a planlaşdırılmışdı. Biz isə 1 saat əvvəldən gedib bəzi yarımçıq qalan işləri görürdük, uşaqlar üçün səhnəcik düzəltmişdik, musiqili çıxışlar və teatr səhnəciyimiz olacaqdı.


Vaxt tamam oldu və müəllim uşaqları tədbir keçirilən zala gətirdi. Onları görəndə içimdə qəribə bir hiss baş qaldırdı, adi sözlərlə ifadə edə bilməyəcəyim bir hiss. Uşaqlar elə sevimli, elə şən idilər, sanki dünyanın bütün gözəllikləri bu məsum uşaqların üzündə cəmləşmişdi. Doğrusu bir az pis oldum, bu cür günahsız körpələri kim hansı ağılla atıb gedə bilərdi?! Onların nə günahı var idi axı?! Məncə övladını sevən heç bir valideyn bu cür davranmazdı. Ürəyində insan sevgisi olan heç bir insan belə etməzdi. Lakin ağlıma bir fikir də gəlirdi. Bəlkə imkansızlıqdan, ehtiyac ucundan bu yola əl atmağa məcbur olmuşdular?!. Bəlkə hansısa valideyn maddi vəziyyətini yaxşılaşdırdıqdan sonra, gəlib uşağını aparacaqdı?!. “Lap tutaq ki, götürdünüz, qayğısına qaldınız, hər bir ehtiyacını ödədiniz. Bəs uşağın bu neçə ildə yaşadıqları?! Bəs digərləri?! Hələ valideynlərini lap körpəlikdən itirənləri demirəm”, – deyə düşünürdüm. Ancaq bunu fikirləşmək mənim üçün ağır idi. Ona görə də öz-özümə deyirdim: “Heç bir pis vəziyyət, imkansızlıq, ehtiyac sizin onları atmağınıza haqq qazandıra bilməz!”

 
Tədbir başladı. Musiqili çıxışlar və digər səhnəciklər davam edirdi. Mən isə bu fikirləri beynimdən çıxarda bilməyərək hələ də uşaqları izləyir, onlardan gözümü çəkə bilmirdim. Görəsən uşaqlar nə hiss keçirirdilər? Əlbəttə, şən idilər böyük maraqla və sevinclə səhnəciyi izləyirdilər. Lakin mənə onların əsas hiss etdikləri maraqlı idi. Qayğı, sevgi, nəyəsə sahiblənmək və dünyanın başqa ən gözəl hisslərindən məhrum idilər.


Mən bu fikir və düşüncələrdə ikən tədbir artıq sona yaxınlaşırdı. Sonuncu çıxışımız uşaqlarla bir yerdə mahnı oxumaq idi, uşaqlar daha da sevinir, daha da şən görünürdülər. Məni isə içəridən sanki kimsə, nə isə boğmağa başlamışdı, sanki uşaqların belə vəziyyətə düşməsinin, valideyn qayğısından məhrum olmasının günahkarı mən idim, mən və bütün cəmiyyət. Artıq özümü danlamağa başlamışdım. Niyə daha əvvəl uşaqlarla maraqlanmamışıq?! Niyə onları tək buraxmışıq?! Doğrudur, burada onların hər bir ehtiyacı ödənilir, onlara yemək, geyim, oyuncaq və s. verilir. Bəs qayğı, sevgi, məhəbbət?! Bax onlar bu hisslərdən məhrum idilər. Bunu etmək isə bizim üzərimizə düşürdü, cəmiyyətin. Bəli, uşaqlar bu hisslərdəm məhrum idilər. Onların yerində hər birimiz ola bilərdik, lakin o məsumların hiss etdiyini başına gəlməyən heç bir insan övladı hiss edə bilməz.


Artıq tədbir sona çatmışdı. Əşyalarımızı və musiqi avadanlıqlarını maşına aparırdıq. Elə həyət qapısına yönəlmişdim ki, uşaqlardan biri məni səslədi, geriyə döndüm və mənə tərəf qaçdığını görüb, aşağı əyildim, uşaq qaça-qaça gəlib boynumu qucaqladı və üzümdən öpdü, uşaq məni elə sevgiylə qucaqlamışdı ki, heç buraxmaq isdəmirdi. Sanki bir mələk mənə sarılmışdı. O, “bizim heç kimimiz yoxdu, bizi yalnız buraxmayın, tez-tez gəlin“ deyəndə, sanki ürəyimə bir ox saplandı, gözlərim doldu...

 
Balaca uşaqdan bu sözləri eşitmək həqiqətən sarsıdıcı idi, bir fərd və toplum olaraq əslində nə qədər günahkar olduğumuzun fərqinə varmışdım. Uşaq evində olduğum müddətdə yalnız bunu anlamışdım: Onların bizə ehtiyacı var!..


Ayrılmaq nə qədər çətin olsa da, uşaqla sağollaşıb maşına mindim, uşaq evindən uzaqlaşmağa başladıq. Maşın gedir, mən isə heç cür qova, azad ola bilməyəcəyim fikirlərə qərq olmuşdum. Bir hiss məni rahat buraxmırdı, sanki indi başa düşürdüm ki, bayaq məni boğan da elə bu hiss imiş, indi də məni qınayır və məni danlayırdı.


Bu hissin adı Vicdan idi...


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazxçıvanda Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi
21.01.2019, 19:20

Nazxçıvanda Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edildi

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi
21.01.2019, 19:10

İlham Əliyev meksikalı həmkarına başsağlığı verdi

“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK
21.01.2019, 19:00

“WhatsApp”da hər kəsin gözlədiyi YENİLİK

Tanınmış futbolçu karyerasını başa vurdu
21.01.2019, 18:49

Tanınmış futbolçu karyerasını başa vurdu

Prezident Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verdi
21.01.2019, 18:38

Prezident Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verdi

Azərbaycanda ÜDM açıqlandı - RƏSMİ
21.01.2019, 18:34

Azərbaycanda ÜDM açıqlandı - RƏSMİ

Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər
21.01.2019, 18:20

Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdilər

11 ayda 13 min 655 boşanma - Əhalinin sayı AÇIQLANDI   
21.01.2019, 18:13

11 ayda 13 min 655 boşanma - Əhalinin sayı AÇIQLANDI  

Hesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladı
21.01.2019, 18:08

Hesablama Palatası Vergilər Nazirliyində nöqsanlar aşkarladı

Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM   
21.01.2019, 18:05

Hacı İsmayılova “Şöhrət” ordeni verildi - SƏRƏNCAM  

Əbülfəs Qarayev iki ölkənin səfirini qəbul etdi
21.01.2019, 17:40

Əbülfəs Qarayev iki ölkənin səfirini qəbul etdi

Babək prospektindəki təmir başa çatdı
21.01.2019, 17:37

Babək prospektindəki təmir başa çatdı

AZƏRTAC ispan dilində xəbər yayımına başladı
21.01.2019, 17:33

AZƏRTAC ispan dilində xəbər yayımına başladı

Suriyada ABŞ qüvvələrinə hücum: 5 ölü
21.01.2019, 17:28

Suriyada ABŞ qüvvələrinə hücum: 5 ölü

Oqtay Əsədov Səudiyyə Ərəbistanına təşəkkür etdi
21.01.2019, 17:25

Oqtay Əsədov Səudiyyə Ərəbistanına təşəkkür etdi

UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019, 17:20

UNEC-də startap müsabiqəsi keçirilib

Manatın sabahkı MƏZƏNNƏSİ   
21.01.2019, 17:15

Manatın sabahkı MƏZƏNNƏSİ  

Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir
21.01.2019, 17:14

Qərbi Kaspi Universitetində qış imtahan sessiyası davam edir

Səhnəmizin Mustafa müəllimi - Hacı İsmayılovun 75 yaşına...   
21.01.2019, 17:10

Səhnəmizin Mustafa müəllimi - Hacı İsmayılovun 75 yaşına...  

“Vikipediya”da Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı
21.01.2019, 16:59

“Vikipediya”da Elza İbrahimova haqqında 8 dildə məqalə yaradıldı

Yazıçı Eyruzun “Həsrət dolu məktublar”ı
21.01.2019, 16:51

Yazıçı Eyruzun “Həsrət dolu məktublar”ı

Əsgəranda 4 erməni dəm qazından zəhərləndi
21.01.2019, 16:42

Əsgəranda 4 erməni dəm qazından zəhərləndi

Afaq Məsudun kitabı Misirdə nəşr olundu
21.01.2019, 16:40

Afaq Məsudun kitabı Misirdə nəşr olundu

Rusiyaya qarşı “Skripal” işi ilə bağlı yeni SANKSİYA
21.01.2019, 16:35

Rusiyaya qarşı “Skripal” işi ilə bağlı yeni SANKSİYA

Usta işlədiyi evdən xeyli pul OĞURLADI
21.01.2019, 16:26

Usta işlədiyi evdən xeyli pul OĞURLADI

AŞPA-nın sədri seçildi
21.01.2019, 16:06

AŞPA-nın sədri seçildi

AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi
21.01.2019, 16:03

AŞPA üzvlərinin 2019-cu il üçün səlahiyyətləri təsdiq edildi

Mehman Hüseynov Prezidentə müraciət etdi
21.01.2019, 15:59

Mehman Hüseynov Prezidentə müraciət etdi

Agentlikdən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
21.01.2019, 15:57

Agentlikdən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Xəstəliklərə qarşı tədbirlər gücləndirilir
21.01.2019, 15:47

Xəstəliklərə qarşı tədbirlər gücləndirilir

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi
21.01.2019, 15:40

Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçildi

Bağlanan bankların rəhbərləri barəsində araşdırma başladı
21.01.2019, 15:36

Bağlanan bankların rəhbərləri barəsində araşdırma başladı

Tələbələri qorxudan MƏQAM: Müəllimin səhlənkarlığı təqaüdün kəsilməsinə yol açır
21.01.2019, 15:30

Tələbələri qorxudan MƏQAM: Müəllimin səhlənkarlığı təqaüdün kəsilməsinə yol açır

İnkasator “Milli ön”dən 122 min 742 manat oğurladı
21.01.2019, 15:04

İnkasator “Milli ön”dən 122 min 742 manat oğurladı

Universitetlərdə qış imtahanları: yazılı, şifahi, test üsulu - Tələbələr nəzarətçilərdən NARAZIDIR   
21.01.2019, 15:00

Universitetlərdə qış imtahanları: yazılı, şifahi, test üsulu - Tələbələr nəzarətçilərdən NARAZIDIR  

Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur”
21.01.2019, 14:45

Rektor: “Şəhidlərin xatirəsi UNEC-də daim ehtiramla yad edilir, əziz tutulur”

İcra başçısının şəriki olduğu binaların sakinlərinə PROBLEM yaradılır
21.01.2019, 14:36

İcra başçısının şəriki olduğu binaların sakinlərinə PROBLEM yaradılır

Həbsdə olan erməni general Fransaya getmək istəyir
21.01.2019, 14:21

Həbsdə olan erməni general Fransaya getmək istəyir

İnam Kərimov bir neçə rayondan olan şikayətləri dinləyəcək
21.01.2019, 14:12

İnam Kərimov bir neçə rayondan olan şikayətləri dinləyəcək

Evdən qızıl və pul oğurlayan şəxs tutuldu
21.01.2019, 14:08

Evdən qızıl və pul oğurlayan şəxs tutuldu

101 dövlət əmlakı özəlləşdirilir
21.01.2019, 13:42

101 dövlət əmlakı özəlləşdirilir

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
21.01.2019, 13:14

Damcılı mağara düşərgəsinə yeni yol çəkilir

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı
21.01.2019, 13:09

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

İmişlidə 3 uşaq anası intihar edib
21.01.2019, 12:58

İmişlidə 3 uşaq anası intihar edib

Sabah hava necə olacaq? - PROQNOZ   
21.01.2019, 12:56

Sabah hava necə olacaq? - PROQNOZ  

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
21.01.2019, 12:54

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır
21.01.2019, 12:52

60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı
21.01.2019, 12:29

Ördək və qaşqaldaq ovlayanlar saxlanıldı

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 
21.01.2019, 12:26

Ermənistanda azərbaycanlıya 10 il həbs cəzası verilib 

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər
21.01.2019, 12:18

Çin əhalisinin sayı açıqlanıb - 1,395 milyard nəfər

ARXİV