Modern.az

“Azəriqaz” əhalinin narazılığına belə CAVAB VERDİ  

“Azəriqaz” əhalinin narazılığına belə CAVAB VERDİ   

16 Aprel 2018, 11:50

Son günlər havanın temperaturunun aşağı düşməsi “Azəriqaz” İstehsalat Birliyinin işinə də təsirsiz ötüşməyib.

Bu barədə Modern.az-a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqlər şöbəsinin rəisi İbrahim Kərbalayev əhalinin təbii qaza olan tələbatının ödənilməsində yaranan narazılığa münasibət bildirərkən deyib.


Onun sözlərinə görə,  havanın temperaturunun kəskin aşağı düşməsilə əlaqədar ölkə ərazisində təbii qaz sərfiyyatı artıb, nəticədə “Azəriqaz” İB balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib:


“Bu isə bəzi ərazilərdə mavi yanacağın verilişində çətinliklər yaratdığından, şəbəkəyə verilən qazın həcmi tərəfimizdən artırıldı. Əməkdaşlarımız tərəfindən qazpaylayıcı şkaflarda, tənzimləyicilər və siyirtmələrdə tənzimləmə işləri aparıldıqdan sonra respublika üzrə fərdi şəkildə olan şikayətlər istisna olmaqla, mavi yanacağın verilişində hər hansı problem yaşanmır”.


İ.Kərbalayev deyib ki, hazırda həmin işlər davam etdirilir, tənzimləmə işləri aparılır:

“Hansı ərazilərdə problem yaşanırsa, qaz təchizatının təmini üçün işlər intensivləşdirilib. Abonentlərin fərdi problemlərinin qeydiyyata alınması və yaranmış çatışmazlığın aradan qaldırılması məqsədilə Birliyin “185” və “104” çağrı mərkəzi sutkanın 24 saatını əhatə etməklə fəaliyyət göstərir. Eyni zamanda, abonentlər Birliyin rəsmi internet səhifəsi olan 104.az saytına daxil olaraq elektron müraciət bölməsində öz şikayətlərini ünvanlaya bilərlər. Qeyd edək ki, təbii qaza olan tələbat artdıqca, qazın verilişi də artırılır.

Ölkə ərazisində təbii qazın verilişi ilə bağlı aprelin 14-ü ilə aprel ayının 15-ni müqayisə etsək, 14 apreldə ölkə ərazisində təbii qaz sərfiyyatı 16 milyon 823 min kubmetr idisə, 15 apreldə artıq bu rəqəm 19 milyon 679 min kubmetr olub. Bu da iki gündə 2 milyon 856 kubmetr artım deməkdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir