Modern.az

AMİP-in eks-sədrindən müxalifətə sərt SÖZLƏR: Nə adla xalqın qarşısına çıxacaqdılar?”

AMİP-in eks-sədrindən müxalifətə sərt SÖZLƏR: “Nə adla xalqın qarşısına çıxacaqdılar?”

16 Aprel 2018, 15:24

“Orta Asiya və Qazaxıstandakı biznes  işlərim qaydasındadır. Gah orada,  gah da Azərbaycanda oluram”. Bunu  Modern.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş sədri Yusif Bağırzadə deyib.

 

Y.Bağırzadənin sözlərinə görə, o, tam olaraq siyasətdən getməyib.

 

“Əgər seçiciyəmsə və prezidentimə səs verirəmsə, deməli, siyasətdəyəm. Azərbaycanın problemləri, ya da, uğurları varsa  və bunları hiss edə bilirəmsə, deməli siyasətdəyəm. Gənc yaşlarımda parlamentin ən cavan üzvlərindən biri olmuşam. Belə deyək də, xəmirim siyasətlə yoğrulub”.

 

O, müxalifət partiyalarının prezident seçkilərinə qatılmamasından da danışıb.  

 

“Müxalifət partiyalarının atdıqları addımları anlayıram. O mənada ki, ortada reallıq mövcuddur. İlham Əliyevin alternativi yoxdur. Bunu bir qədər geniş izah etmək istəyərdim. 

 

Yerləşdiyimiz region çox ağırdır. Bir tərəfdə Rusiya, digər tərəfdə isə  İran karbohidrogen ehtiyatlarının çox olduğu ölkələrdir.

 

Türkmənistanın isə hay-küy salmasına baxmayaraq,  nə qaz, nə də neft kəməri var. Bugünkü gündə belə neftini bazara çıxara bilmir. Azərbaycanda  isə İlham Əliyevin 15 illik prezidentliyi dövründə “Əsrin müqaviləsi”nin ikinci fazasına keçə bildik. TAP layihəsi yaxınlarda bitmək üzrədir. Baxmayaraq ki, İtaliyaya  Rusiyanın psixoloji təzyiqi olmuşdu. Azərbaycanın tranzit ölkəyə çevrilməsi ilə əlaqədar Bakı-Tiflis-Qars dəmir yolunun proyekti artıq qüvvəyə minib. Ona görə də o adamlar seçki prosesinə qatılmadılar.

 

Düşünürəm ki, doğru qərar verdilər. Nə adla, nə sözlə xalqın qarşısına çıxacaqdılar?! Reallıq budur ki, növbəti 7 ildə də İlham Əliyevin alternativi olmayacaq. Düzdü, çatışmazlıqlarımız var. Dağlıq Qarabağ münaqişəsi hələ həll olunmayıb. Ümid edirik ki, bu da həll olunacaq”

 

Qeyd edək ki, Yusif Bağırzadə Azərbaycan Milli İstiqlal Partiyasının sədri olub. 2010-cu ildən partiya üzvü, sonra isə sədri olub. 2015-ci ildə həm partiya üzvlüyündən, həm də sədrlikdən istefa verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi