Modern.az

Adanada AXC-nin 100 illiyi bağlı tədbir keçiriləcək  

Adanada AXC-nin 100 illiyi bağlı tədbir keçiriləcək   

Aktual

16 Aprel 2018, 15:31

19 aprel 2018-ci il tarixində Türkiyənin Adana şəhərində Adana Yüregir bələdiyyəsinin və Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində Azərbaycan-Türkiyə qardaşlığı və erməni məsələsi” mövzusunda tədbir keçiriləcək.

Modern.az xəbər verir ki, tədbirdə millət vəkili Adil Əliyevin, Gerusun Universitetinin sabiq rektoru, prof.Aygun Attarın, Yüregir bələdiyyə başqanı Mahmut Çelikcanın çıxışları olacaq.

Tədbirin təşkilatçılarıdan Yusuf Uncular tədbirə yüksək səviyyədə hazırlığın getdiyini bildirib:

”Tədbirdə Azərbaycan-Türkiyə münasibətiləri bağlı müzakirələr olacaq. Tədbirə diqqət böyükdür. 500-ə yaxın insanın iştirak edəcəyi gözlənilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır