16 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Azay Quliyevdən ATƏT-ə seçki hesabatı ilə bağlı ÇAĞIRIŞ
Azay Quliyevdən ATƏT-ə seçki hesabatı ilə bağlı ÇAĞIRIŞ
16.04.2018, 17:45

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində ATƏT/DTİHB-nin müşahidə missiyasının fəaliyyətinə dair çıxış edib.

 

Modern.az xəbər verir ki,Azay Quliyev Büro üzvlərinin nəzərinə çatdırıb ki, Azərbaycanda prezident seçkiləri uğurla təşkil edilmiş və burada iştirak edən 8 namizədin hər birinə demokratik və bərabər şərait yaradılmışdır. Namizədlərin biri fərdi qaydada, altısı siyasi partiyalar, biri isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev böyük səs çoxluğu ilə seçkinin qalibi olmuşdur.

 

Vitse-prezident qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və ölkəmiz arasında münasibətlərdə ötən illərdə mövcud olan bir sıra ciddi fikir ayrılığı  və gərginliklərə baxmayaraq, Azərbaycan hökuməti DTİHB-ni prezident seçkilərini müşahidə etməyə dəvət edib. Azərbaycan konstruktiv və səmərəli əməkdaşlığı bərpa etmək üçün təşkilatın Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün bütün imkanları yaradıb. Hətta uzun müddətli müşahidə missiyasının formalaşması mərhələsində DTİHB-ni xahiş etdiyi və ehtiyac duyduğu müvafiq dəstəyi də verdi.

 

Azay Quliyev ATƏT PA-nın prezidenti Cənab G.Tsereteli və baş katib R. Montellaya DTİHB ilə Azərbaycan arasında konstruktiv və davamlı əməkdaşlığı bərqərar etmək,ümumi dəyərlər və prinsiplər naminə tərəflərə yeni imkanlar tapmaqda yardım göstərdiyi üçün təşəkkür edib: “Mən, həqiqətən də, bu məsələyə sərf etdiyiniz enerjinizə və səylərinizə görəsizə minnətdarlığımı bildirirəm və bunu çox yüksək qiymətləndirirəm. Lakin, təəssüf ki, Beynəlxalq Müşahidə Misssiyası adından aprelin 12-də dərc edilmiş qeyri-obyektiv, balanssız və ədalətsiz hesabat və mətbuata açıqlama bütün bu səylərə mənfi təsir göstərdi və demək olar ki, onları heçə endirdi”.

 

A.Quliyev deyib ki, beynəlxalq fəaliyyətinin 13 ilini ATƏT PA-ya həsr edən bir şəxs  və bu qurumun vitse-prezidenti kimi bütün bu problemlər və uğursuzluqlar barədə danışmaq ona çox çətindir: “Hesabat haqqında tənqidi qeydlərimi yanlış anlamayın. Hər halda, mən bir neçə beynəlxalq müşahidə missiyasına rəhbərlik etmiş bir şəxs kimi DTİHB-nin rolunu və vəzifəsini çox yaxşı anlayıram, ona görə də aparılan müşahidələr və təhlillər asasında əsaslandırılmış və obyektiv tənqidlərə və tövsiyələrə qarşı heç bir şəkildə etiraz etmirəm. Lakin onu da bilirəm ki, tənqid və qiymətləndirmə, real faktlar və sübutlar əsasında, ədalətli və balanslı şəkildə  hazırlandığı zaman doğru qəbul edilir və ciddiyə alınır.

 

Təəssüf ki, Beynəlxalq Seçki Müşahidəsi Missiyasının ilkin nəticələrini və mətbuata açıqlamasını oxuduqdan sonra onların hər ikisi məndə ədalətsiz, balanssız və tam obyektiv olmayan sənəd təsəvvürü yaratdı. İlkin hesabat seçki kampaniyasının və seçki gününün real vəziyyətini əks etdirmək üçün həm müsbət, həm də mənfi tərəfləri lazımi səviyyədə təqdim edə bilmədi, eyni zamanda əksini tapmış bəzi əsas tənqidi məqamlar isə həqiqətdən uzaq oldu. Bunların hamısı məni Azərbaycan Respublikasının Milli Məclisinin üzvü və Assambleyanın vitse-prezidenti kimi çox narahat edir”.

 

ATƏT PA-nın vitse-prezidenti çıxışında qiymətləndirmənin ədalətli və tam olması üçün əksini tapması vacib olan, lakin hesabatda və mətbuata verilən açıqlamaya daxil edilməmiş məsələlərə toxunub: “Birinci, hesabatda yazılır ki, digər namizədlər vəzifədə olan prezidentə qarşı əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər. Bu iradı qəbul etmək mümkün deyil. Çünki seçki prosesini izləyən hər kəs şahidi oldu ki, prezidentliyə bir sıra namizədlər, xüsusilə ADP-nin sədri Sərdar Cəlaloğlu istər İctimai Televiziyadakı debatlar zamanı, istərsə də digər mətbu orqanlarda və sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etmiş və buna görə hər hansı məhdudiyyətlə üzləşməmişdir”.

 

İkinci məsələ isə siyasi mühitlə birbaşa bağlı olan sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlıdır: “Həm seçkidə iştirak edən namizədlərin, həm də iştirak etməkdən imtina edən siyasi partiyaların sərbəst toplaşmaq azadlığlına hörmət edilməsi faktından, buna bariz misal olaraq mart ayının 10-u və 31-də Bakının mərkəzində müxalifətin mitinqlər keçirməsindən Missiyanın mətbuata verdiyi açıqlamada bir kəlmə də olsun danışılmır”.

Azay Quliyev çıxışında toxunduğu üçüncü məsələ ilə bağlı isə bildirib ki, seçkilərə qatılmaq istəyən və bunun üçün qanunvericlikdə müəyyən edilmiş sənədləri və imzaları təqdim edən hər kəsə bərabər şərait yaradılmış və heç kimin seçki marafonuna qatılmasının qarşısı hər-hansı bir yolla alınmamışdır.

 

Dördüncü mühüm məsələ isəbudur ki,Azərbaycan əhalisinin 80 faizinin internetə sərbəst çıxışı olması faktı aralıq hesabatdan fərqli olaraq ilkin hesabatda nədənsə “unudulur”. Azərbaycanda vebsaytların, xüsusilə sosial medianın təhqirlə tənqidin sərhədlərini belə tanımadan tam sərbəst və heç bir məhdudiyyət qoyulmadan fəaliyyət göstərməsi qeyd edilmir.

 

 

Vitse-prezidentin vurğuladığı beşinci məsələ isə 11 aprelprezident seçkilərində ilk dəfə tətbiq olunan mühüm yeniliklə bağlı olub: “Bir məsələyə tamamilə laqeyd yanaşılır və hesabatda haqsız və mən deyərdim, bilərəkdən əks olunmur. Bu da  İTV-də debat üçün ayrılmış pulsuz efir vaxtından başqa, ölkə üzrə yayımlanan 6 televiziya kanallarının xəbər proqramlarında bütün namizədlərin seçki təşviqat kampaniyasına pulsuz olaraq geniş yer ayırması, onların seçicilərlə görüşü barədə ətraflı məlumat verməsi faktının qeyd olunmamasıdır. Hətta seçki təşviqatının son həftəsində həmin televiziya kanallarının  xəbərlərində gedən materialların ümumi həcminin 84 faizi digər namizədlərin, yəni rəqiblərin, yalnız 16 faizi YAP-ın namizədinin seçki fəaliyyətinə həsr olunmuşdur. ATƏT/DTİHB-nin bu haqda müfəssəl məlumatı olsa da, təəssüf ki, bu barədə hesabatda heç nə yazmadı”.

 

 

Azay Quliyevin toxunduğu altıncı məsələdə isə bildirilir ki,ümumilikdə 29 mart 2018-ci ildə təqdim olunmuş aralıq hesabtla 12 aprel 2018-ci ildə təqdim olunmuş ilkin hesbat məzmun etibari ilə  bir-birindən o qədər fərqlənir ki, sanki bu sənədlər ayrı-ayrı ölkələrdən bəhs edir. Aralıq hesabatda balanslı şəkildə qeyd olunan bir çox mühüm və müsbət müddəalarm ilkin hesabatda ya verilmir, ya da mahiyyəti tamamilə dəyişilir. Bu fakt Seçki Missiyasının Ilkin Hesbatının səmimiliyinə və dəqiqliyinə ciddi şübhə yaradır.

ATƏT PA-nın vitse-prezidenti çıxışında ATƏT/DTİHB-nin müşahidə missiyasınınhesabatında və mətbuata verilən açıqlamada  istifadə olunan ritorika, boşluqlar və digər mübahisəli məsələlərə də münasibət bildirib: “Mətbuata açıqlamada deyilir ki, “səslərin hesablanmasının yarıdan çoxu mənfi şəkildə qiymətləndirilmişdir”. Bu məlumatı oxuyan istənilən şəxs belə düşünəcək ki, Seçki Müşahidə Missiyası mövcud 5,641 seçki məntəqəsinin 3000-dən çoxunu ziyarət etmiş və hər birində səslərin hesablanması prosesində ciddi pozuntulara şahid olmuşdur. Ancaq bu qeyri-məntiqli və riyazi baxımdan qeyri-mümkündür. SMM-in maksimum 360 müşahidəçisi var idi və onlar əgər bütün imkanlarını səfərbər etsəydilər, maksimum eyni sayda, yəni 360  seçki məntəqəsində səslərin hesablanmasını müşahidə edə bilərdilər. Belə olan halda onlar səslərin hesablanmasının yarıdan çoxunu necə mənfi qiymətləndirə bilərlər? Bu nədir? Bu, seçki prosesinə qəsdən və açıq-aşkar şəkildə kölgə salmaq cəhdidir”.

 

Digər bir diqqəti çəkən məsələ müsahiblərlə aparılan söhbətlərin məzmununun qəsdən “filtrdən keçirilməsidir”. Bəyanatda bildirilib ki, onlar bir sıra müsahiblə söhbətlər aparmışlar: “Şübhəsiz ki, onlara müsahiblər tərəfindən həm müsbət, həm də mənfi hallar və faktlar barədə məlumat verilmişdir, ancaq bəyanatda yalnız mənfi olanlar əksini tapdı. Bu, obyektivliyin hər hansı bir prinsipinə uyğun gəlmir.Ümumi vəziyyəti bir tərəfli qaydada təsvir etməyin hansısa bir praktiki faydası varmı? Bəyanat birtərəfli olduğundan, biz bunu sağlam tənqid adlandıra bilmərik. Mən sizdən soruşmaq istəyirəm. Belə hərəkətlər bu bəyanatı dərc edən təşkilata olan etibarı artırırmı?”.

 

Azay Quliyev diqqəti pozuntuların  miqyasının bəyanatda şişirdilməsinə də yönəldib:Bəyanatda seçki qutularına topa bülletenlərin atılması hallarının olması qeyd olunub. Deyək ki, bir neçə belə hal baş veribdir. Ancaq hesabatda bu kimi epizodik məqamları ümumi tendensiya kimi təqdim edilmiş və mətnin əsas hissəsində yerləşdirilmişdir.5-6 bu cür hala görə bütövlükdə seçki prosesini şübhə altına qoymağa cəhd etmək nə dərəcədə əsaslı və ədalətlidir? Bundan başqa, daha bir məsələni dediklərimə əlavə etmək istəyirəm. Seçkilərin nəticələrinə dair hesabatın layihəsini hazırlamağa məsul olan üç əsas şəxsdən biri, missiya rəhbərinin müavini Ştefan Krau zhələ missiyaya qoşulmadan əvvəl ölkəmə qarşı açıq-aydın mənfi və qərəzli mövqedə olmuş, Facebook səhifəsində Azərbaycanla bağlı bir sıra hörmətsiz və qərəzli paylaşımlar etmişdir. Bir ölkənin simvollarına və rəhbərliyinə sosial media vasitəsilə hörmətsizlik göstərən şəxsin həmin ölkədə keçirilən seçkilərə  necə qiymət verəcəyini yəqin ki, təsəvvür etmək sizin üçün çətin deyil. Nəticə isə göz qabağındadır. Belə bir qərəzli və selektiv yanaşma nəticəsində DTİHB-nin və bütün müşahidə missiyasının etibarlılığının zədələnməsindən çox narahatam və üzgünəm. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanın Mərkəzi Seçki komissiyası hesabatda yol verilən nöqsanları və ziddiyətli məqamları ətraflı analiz etmiş və aprelin 13-də həmin nöqsanları aradan qaldırmaq üçün ATƏT/DTİHB-ə rəsmi müraciət göndərmişdir.

 

Mən də öz növbəmdə ATƏT/DTİHB-na müraciət edirəm ki, müşahidə zamanı aşkar etdikləri və əsas kimi götürdükləri  bütün sübutları və faktları, əgər varsa Azərbaycan hökumətinə təqdim etsinlər ki, bunlar araşdırılsın və müvafiq tədbirlər görülsün”.

 

Azay Quliyev bildirib ki, O bu haqsızlığa səssiz və laqeyd qala bilməzdi: “Təkcə ona görə yox ki, bu haqsızlıq mənim ölkəmə qarşı baş verib. Bu, hal ümumiyyətlə başqa ölkəyə qarşı olsaydı, mən yenə də ona eyni münasibəti bildirərdim. Biz Büro üzvü və ATƏT Parlament Assambleyasının rəhbərliyi olaraq öz məsuliyyətimizi unutmamalıyıq,  üzv ölkələrə qarşı yol verilən bu cür qeyri-obyektiv və ədalətsiz yanaşmaya yol verməməli və belə hallar olduğu təqdirdə onun qarşısını vaxtında almağı bacarmalıyıq”.

 

Vitse-prezident çıxışında toxunduğu bütün məlumatları və faktları ATƏT PA rəhbərliyinə rəsmi şəkildə təqdim edib: “Bu məsələlərə yenidən baxmaq və yekun hesabatda nəzərə almaq məqsədilə DTİHB-na çatdırmağınızı xahiş edirəm. Ümid edirəm ki, zəruri olan addımı atmaq – yol verilmiş çatışmazlıqları və səhvləri düzəltmək heç vaxt gec deyil”.

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Putin Trampı yarım saat gözlətdi
16.07.2018, 14:46

Putin Trampı yarım saat gözlətdi

700 bal toplayanlar bir “klub”da toplaşacaqlar – AzEdu.az-dan yeni layihə
16.07.2018, 14:37

700 bal toplayanlar bir “klub”da toplaşacaqlar – AzEdu.az-dan yeni layihə

“Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparır
16.07.2018, 14:34

“Qırmızı Xaç” Azərbaycana əsir düşən erməni kəşfiyyatı üçün danışıq aparır

Putin-Tramp görüşü başladı
16.07.2018, 14:32

Putin-Tramp görüşü başladı

Fransada Dünya Çempionatına görə 2 nəfər öldü
16.07.2018, 14:25

Fransada Dünya Çempionatına görə 2 nəfər öldü

“Bakı Metropoliteni" maşinist axtarır
16.07.2018, 14:07

“Bakı Metropoliteni" maşinist axtarır

İlham Əliyev Vladimir Putini təbrik etdi
16.07.2018, 14:02

İlham Əliyev Vladimir Putini təbrik etdi

İran Gəncədəki sui-qəsdləri və terror hadisələrini pisləyib
16.07.2018, 13:59

İran Gəncədəki sui-qəsdləri və terror hadisələrini pisləyib

İlham Əliyev Fransa və Xorvatiya prezidentlərini təbrik etdi
16.07.2018, 13:42

İlham Əliyev Fransa və Xorvatiya prezidentlərini təbrik etdi

Sabahın hava PROQNOZU - Yağış yağacaq   
16.07.2018, 13:22

Sabahın hava PROQNOZU - Yağış yağacaq  

Birinci ledilər nahar yeməyində 
16.07.2018, 13:04

Birinci ledilər nahar yeməyində 

CHP parçalanmaya doğru: ilk addım atıldı - BÖHRAN
16.07.2018, 13:00

CHP parçalanmaya doğru: ilk addım atıldı - BÖHRAN

Nazirlik Heydər Əliyev Fondunun “Regional İnkişaf” təşkilatı ilə memorandum imzaladı
16.07.2018, 12:49

Nazirlik Heydər Əliyev Fondunun “Regional İnkişaf” təşkilatı ilə memorandum imzaladı

“Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdə aktivdirlər”   
16.07.2018, 12:43

“Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdə aktivdirlər”  

Azərbaycanın Ukraynadakı səfiri: “Biz bu acı həqiqəti deməməklə kimi aldadırıq axı?” - MÜSAHİBƏ    
16.07.2018, 12:29

Azərbaycanın Ukraynadakı səfiri: “Biz bu acı həqiqəti deməməklə kimi aldadırıq axı?” - MÜSAHİBƏ  

Tramp: “Rusiya ilə münasibətlər öz axmaqlığımıza görə pisləşib”
16.07.2018, 12:23

Tramp: “Rusiya ilə münasibətlər öz axmaqlığımıza görə pisləşib”

I və IV qruplar üzə qəbul imtahanı KEÇİRİLƏCƏK
16.07.2018, 12:09

I və IV qruplar üzə qəbul imtahanı KEÇİRİLƏCƏK

Əli Həsənov: “Gəncədə baş verənlər Türkiyədəki hadisələrlə oxşardır”
16.07.2018, 12:06

Əli Həsənov: “Gəncədə baş verənlər Türkiyədəki hadisələrlə oxşardır”

Türkiyə istəyinə mane oldu – PKK geri çəkildi
16.07.2018, 12:02

Türkiyə istəyinə mane oldu – PKK geri çəkildi

Muxtar Babayev TürkPA-nın baş katibi ilə görüşüb
16.07.2018, 12:01

Muxtar Babayev TürkPA-nın baş katibi ilə görüşüb

Mafiya itin başına 70 min dollar qoydu
16.07.2018, 11:59

Mafiya itin başına 70 min dollar qoydu

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini mətbuata ÇAĞIRŞ ETDİ
16.07.2018, 11:55

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini mətbuata ÇAĞIRŞ ETDİ

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
16.07.2018, 11:47

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb

“Gəncədəki terrorun izləri xaricdə olan qruplara gedib çıxır” - Mübariz Qurbanlı
16.07.2018, 11:45

“Gəncədəki terrorun izləri xaricdə olan qruplara gedib çıxır” - Mübariz Qurbanlı

Binəqədinin icra başçısı sakinlərlə bağlı tapşırıq verdi
16.07.2018, 11:44

Binəqədinin icra başçısı sakinlərlə bağlı tapşırıq verdi

11 nəfər çimərlikdə boğulmaqdan xilas oldu
16.07.2018, 11:31

11 nəfər çimərlikdə boğulmaqdan xilas oldu

Komitə sədrindən XƏBƏRDARLIQ: “Azərbaycanda dini-radikal qruplar daha da aktivləşib”
16.07.2018, 11:29

Komitə sədrindən XƏBƏRDARLIQ: “Azərbaycanda dini-radikal qruplar daha da aktivləşib”

Tramp Putinlə görüşə gəldi
16.07.2018, 11:28

Tramp Putinlə görüşə gəldi

Dərnəgül yolunda işləyən iki avtobus xətti təzələnir - kart sisteminə keçilir
16.07.2018, 11:23

Dərnəgül yolunda işləyən iki avtobus xətti təzələnir - kart sisteminə keçilir

Deputat “Adidas” və “Nike”nin milli komandalardan necə istifadə etməsindən yazdı   
16.07.2018, 11:17

Deputat “Adidas” və “Nike”nin milli komandalardan necə istifadə etməsindən yazdı  

Gürcüstanda FACİƏ: 4 ölü, 6 yaralı
16.07.2018, 11:11

Gürcüstanda FACİƏ: 4 ölü, 6 yaralı

Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq
16.07.2018, 11:08

Bakının bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Ərdoğan FETÖ-dən DANIŞDI: “Azərbaycandan, Ukraynadan gətirildi”
16.07.2018, 11:01

Ərdoğan FETÖ-dən DANIŞDI: “Azərbaycandan, Ukraynadan gətirildi”

Oğuzun İcra Hakimiyyəti pullu şəlaləyə aydınlıq gətirdi - FOTO  
16.07.2018, 11:01

Oğuzun İcra Hakimiyyəti pullu şəlaləyə aydınlıq gətirdi - FOTO  

Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək - TƏXRİBAT
16.07.2018, 10:58

Ermənistan Zəngilandan Gorusa yeni yol çəkəcək - TƏXRİBAT

ARXİV