Modern.az

Azərbaycan  Cümhuriyyətinə aid nadir materiallar nümayiş etdirilir

Azərbaycan  Cümhuriyyətinə aid nadir materiallar nümayiş etdirilir

Təhsil

16 Aprel 2018, 23:14

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid nadir materiallar nümayiş etdirilir.

Muzeydən Modern.az-a bildiriblər ki, həmin materiallar arasında o dövrdə çıxmış qiymətli kağızlar da xüsusi əhəmiyyət daşıyır. Muzeyin fondunda Azərbaycan Xalq Cümhuriyyəti Bakı Bələdiyyə İdarəsinin lotereya biletinin təsdiqlənməmiş nümunəsi və Azərbaycan Xalq Dövlət Bankının çeki, Dəniz Nəqliyyatı İdarəsinin haqq-hesab çekinin istifadə olunmamış nüsxələri saxlanılır. Cümhuriyyət dövrünün tədqiqində bu nadir materiallar mühüm tarixi mənbədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır