Modern.az

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları dayandırdı – YENİLƏNİB

ABŞ Rusiyaya qarşı yeni sanksiyaları dayandırdı – YENİLƏNİB

Dünya

17 Aprel 2018, 00:24

 

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların müvəqqəti olaraq təxirə salınmasına dair göstəriş verib.

Modern.az  xəbər verir ki,  Ağ Ev rəbhəri müşavirləri ilə keçirdiyi toplantıdan sonra  belə bir qərara gəlib.

Tramp iclasda bildirib ki, sanksiyalarla bağlı tam qərar verməmiş, bu barədə rəsmi bəyanatların səsləndirilməsindən qəti şəkildə narazıdır.

Xatırladaq ki, bundan əvvəl Ağ Ev rəsmisi Sara Sanders və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar hazırladığını bildirmişdi.

 

20:11

 

Ağ Evin rəsmi nümayəndəsi Sara Sanders ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini nəzərdən keçirdiyini bəyan edib.

Oxu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Biz Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçiririk, qərar ən yaxın zamanda qəbul oluna bilər”, - deyə Sanders qeyd edib.

Ağ Evin sözçüsü yeni sanksiyalar paketinin hazırlanmasının səbəbini açıqlamayıb.

Habelə bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli, Suriyadakı vəziyyətlə əlaqədar Moskvaya qarşı yeni məhdudlaşdırıcı ölçülərin qəbul olacağını xəbərdar etmişdi. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar