Modern.az

Vergilər Nazirliyi banklara yoxlama aləti təqdim edib

Vergilər Nazirliyi banklara yoxlama aləti təqdim edib

17 Aprel 2018, 08:25

Vergilər Nazirliyi dövlət satınalma əməliyyatlarına nəzarət etmək məqsədilə banklara yoxlama aləti təqdim edib.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) Modern.az-a bildiriblər ki, qurumun "Komplayens" üzrə ekspert qrupunun iclasında dövlət satınalma əməliyyatlarına nəzarət etmək məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması" qaydasına dair məsələlər müzakirə edilib.

Həmçinin iclasda zamanı "NBC Bank" ASC, "Bank Avrasiya" ASC və "GünayBank" ASC-nin nümayəndələrinin "Komplayns” ekspert qrupuna daxil edilməsi məsələsinə baxılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı