19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - GÜNDƏM - Milli Məclis Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq yaydı
Milli Məclis Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq yaydı
17.04.2018, 09:26

Milli Məclisin üzvləri mərhum deputat Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

Modern.az-ın məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz vermişdir. Milli Məclisin deputatı, tanınmış ictimai xadim və texnika elmləri doktoru, professor Astan Şahverdiyev aprelin 15-də ömrünün 72-ci ilində vəfat etmişdir.

Astan Şahverdiyev 1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində təhsil almış, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1976-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirmişdir.

Astan Şahverdiyev elmə böyük maraq göstərmiş, 1981-ci ildə istilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini, 1994-cü ildə isə professor elmi adını almışdır. Astan Şahverdiyev 1995-ci ildə Nyu York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, dünyanın aparıcı jurnallarında elmi məqalələrlə çıxış etmişdir. O, 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasının müdiri olmuşdur. 300-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 2 ixtiranın, 1 patentin və 10 dərslik və dərs vəsaitinin müəllifidir.

Astan Şahverdiyev yeni istedadlı gənc alimlərin yetişməsinə öz layiqli töhfəsini vermişdir. Tanınmış alim 1998-2003-cü illərdə BMT-nin Ətraf mühit və inkişaf proqramının Azərbaycan ofisində koordinator olmuş, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir.  O, “İstilik və soyuqluq texnikası” kafedrasının nəzdində “Alternativ və bərpa olunan enerji mənbələri” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri idi. 

Astan Şahverdiyev Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, seçicilərin etimadını qazanaraq müstəqil Azərbaycanın Üçüncü, Dördüncü və Beşinci çağırış Milli Məclisinin deputatı seçilmişdir. O, parlamentin qanun yaradıcılığı işində, ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazasının  təkmilləşdirilməsində, qanunverici orqanın beynəlxalq əlaqələrinin inkişafında  yaxından  iştirak  etmiş, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

Tanınmış alim və ictimai xadim Astan Şahverdiyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!".

Nekroloqu Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova, Valeh Ələsgərov, Səfa Mirzəyev, Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov, Səməd Seyidov, Fəttah Heydərov, Ağacan Abıyev imzalayıb


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
19.07.2018, 23:22

"Neftçi" səfərdə məğlub olur - Yenilənir

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR
19.07.2018, 23:13

İlham Əliyev Fransada Qarabağ məsələsini müzakirə etdi - FOTOLAR

“Keşlə”  Avroliqada mübarizəni dayandırdı
19.07.2018, 22:59

“Keşlə” Avroliqada mübarizəni dayandırdı

Dənizdə batan 3 nəfər xilas edilib
19.07.2018, 22:45

Dənizdə batan 3 nəfər xilas edilib

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır
19.07.2018, 22:33

“Total” Azərbaycanda təbii qaz yataqlarının işlənilməsində maraqlıdır

İranda terrorçu dəstə zərərsizləşdirildi
19.07.2018, 22:04

İranda terrorçu dəstə zərərsizləşdirildi

Bakıda Belçikanın müstəqillik günü qeyd edildi
19.07.2018, 21:53

Bakıda Belçikanın müstəqillik günü qeyd edildi

Vəkillər and içdi
19.07.2018, 21:39

Vəkillər and içdi

Meksikada 5,8 bal gücündə zəlzələ oldu
19.07.2018, 21:22

Meksikada 5,8 bal gücündə zəlzələ oldu

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu
19.07.2018, 21:13

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu

ABŞ-da silahlı insident
19.07.2018, 21:03

ABŞ-da silahlı insident

Azərbaycanın təklifləri qəbul edildi
19.07.2018, 20:51

Azərbaycanın təklifləri qəbul edildi

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı
19.07.2018, 20:29

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü
19.07.2018, 20:14

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü

Gürcüstan prezidenti Putinə cavab verib
19.07.2018, 20:03

Gürcüstan prezidenti Putinə cavab verib

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb
19.07.2018, 20:00

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"
19.07.2018, 19:49

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"

Sumqayıtda 25 yaşlı qız itkin düşüb
19.07.2018, 19:37

Sumqayıtda 25 yaşlı qız itkin düşüb

Dövlət Miqrasiya Xidməti hesabat verdi
19.07.2018, 19:30

Dövlət Miqrasiya Xidməti hesabat verdi

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb
19.07.2018, 19:15

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

İlham Əliyev Fransaya getdi
19.07.2018, 19:06

İlham Əliyev Fransaya getdi

İmişlinin baş həkim işdən azad olunub
19.07.2018, 19:00

İmişlinin baş həkim işdən azad olunub

Mövlud Çavuşoğlu Azərbaycana gəlir
19.07.2018, 18:52

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb
19.07.2018, 18:34

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  
19.07.2018, 18:27

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı
19.07.2018, 18:12

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI
19.07.2018, 18:07

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib
19.07.2018, 18:02

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi
19.07.2018, 17:57

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi

Neftçalada 23 yaşlı oğlan kanalda batdı
19.07.2018, 17:51

Neftçalada 23 yaşlı oğlan kanalda batdı

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi
19.07.2018, 17:35

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb
19.07.2018, 17:32

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al
19.07.2018, 17:22

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”
19.07.2018, 17:18

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq
19.07.2018, 17:16

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq

ARXİV