Modern.az

Bakıda Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Asssosasiyası təsis edildi

Bakıda Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Asssosasiyası təsis edildi

Aktual

17 Aprel 2018, 10:22

Bu gün Bakıda Dünya Bankı Qrupunun və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkil etdiyi imzalama mərasimində Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Asssosasiyası rəsmən təsis edilib. Modern.az-ın verdiyi xəbərə görə, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızısan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reyestrləri və büroları yeni assosasiyanın üzvləri olublar.

MBNP-nın baş icraçı direktoru İbrahim Alışov bildirib ki, Asssosasiyanın yaradılması rəqəmsal iqtisadiyyatda çağırışlara cavab vermək məqsədi daşıyır:

"Assosasiya həm təcrübə mübailəsi, həm şəffalığın artırılması, həm də müasir metodların tətbiqi zamanı yaranan suallların cavablandırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qurum həm region ölkələrində maliyyə xidmətlərinin inkişafına dəstək olacaq, həm də maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür