Modern.az

Palata rəhbəri: “Bankların heç birində dollar qıtlığı yoxdur”  

Palata rəhbəri: “Bankların heç birində dollar qıtlığı yoxdur”  

Aktual

17 Aprel 2018, 10:57

 

“Bizim müşahidələrimiz göstərir ki, bankların dollarla təminatında hər hansı problem yoxdur”. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib. Onun sözlərinə görə, son 1 həftə ərzində əsas partnyor ölkələrdə - Rusiya və Türkiyədə dolların məzənnəsinin bahalaşması Azərbaycanda psixoloji gərginlik yaradıb:

"Amma bizim aparsığımız təhlillər göstərir ki, bankların heç birində dollar tələbatının qarşılanmasında problem yoxdur. Mərkəzi Bank uetərincə nağd valyuta satışını yəmin edir".

İcraçı direktor deyib ki, alışı daha çox həyata keçirən əhali qrupudur: "Hesablamalara görə 1 həftə ərzində adambaşına ortalama valyuta alışı 800- 1300 dollar olub. Bu onu deməyə əsas verir ki, valyuta yalnız psixoloji amillərdən asılıdır. Dolların bahalaşması üçün makroiqtisadi əsas yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır