Modern.az

Azərbaycan hər il bu təşkilata 45 min avro ödəyir

Azərbaycan hər il bu təşkilata 45 min avro ödəyir

Aktual

17 Aprel 2018, 11:19

Avtopa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) büdcəsi açıqlanıb.

 

Modern.az xəbər verir ki, təşkilatın illik büdcəsi 141 milyon avro təşkil edir. Bu vəsaitin 60%-ni 6 ölkə - Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Kanada və Almaniya təmin edir.

Azərbaycan isə bu təşkilata hər il 45 min avro üzvlük haqqı ödəyir.  

 

Müqayisə etsək, ATƏT-in büdcəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) büdcəsinin yalnız 3%-ni təşkil edir. Buna baxmayaraq, məhz ATƏT Donbas və Qarabağ regionunda fəaliyyətdə olan yeganə beynəlxalq strukturdur.

 

ATƏT-in Qarabağdakı münaqişə zonasında 6 müşahidəçisi var. Qeyd edək ki, 57 üzvü olan ATƏT-in Bakı ofisi 2015-ci ildə bağlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür