Modern.az

Tramp Suriyada ABŞ əsgərlərini ərəblərlə əvəzləmək istəyir

Tramp Suriyada ABŞ əsgərlərini ərəblərlə əvəzləmək istəyir

17 Aprel 2018, 11:37

Tramp administrasiyası Suriyadakı hərbi kontingentini dəyişmək üçün müttəfiqlərə mürəciət edib.

 

Modern.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, Vaşinqton bu barədə Misir, Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə müraciət edib.

 

Tramp administrasiyası bu ölkələrdən hərbi kontingent yerləşdirmək üçün milyardlarla dollar vəsait ayırmağı xahiş edib.

Bildirildiyi kimi Milli təhlükəsizlik üzrə müşavir Con Bolton Misirin kəşfiyyat xidməti rəisi general Abbas Kamel ilə hərbi kontingentin yerləşdirilməsi barədə müzakirələr aparıb.

 

Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ilə isə pul vəsaitinin ayrılması və digər məsələlərdə daha geniş yardımların göstərilməsi üçün danışıqlar aparılıb.

 

Əldə olunan məlumatlara görə Tramp administrasiyasının bu planı regionu tərk etdikdən sonra həmin yerlərin Suriya ordusu və ya digər qüvvələr tərəfindən ələ keçirilməsinin qarşısını almağa hesablanıb.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür