Modern.az

Nazir: “Kiçik və orta sahibkarlığın vergi yükü yüngülləşdiriləcək”

Nazir: “Kiçik və orta sahibkarlığın vergi yükü yüngülləşdiriləcək”

Aktual

17 Aprel 2018, 13:40

“Son aylarda Azərbaycanprezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq vergilər sahəsini tənzimləyən qanunvericiliyə, Vergi Məcəlləsinə və bir sıra digər qanunvericilik aktlarına təkmillləşdirmə keçirilməsi istiqamətində işlər aparılıb”.

 

Modern.az xəbər verir ki, bu sözləri vergilər naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, burada əsas məqsəd kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün əhəmiyyətli dərəcədə yüngüllləşdirilməsi, bununla da ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verməkdir.

“Orta və iri müəssisələrə gəldikdə isə burada vergi qanunvericiliyinin əsas istiqamətləri,həmin müəssisələr tərəfindən öz daxili hesabatlarının yaradılması, şəffaflıq səviyyəsinin artırılması və ölkə qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu da öz növbəsində bir tərəfdən onların rəqabət qabiliyyətinin, digər tərəfdən vergi ödənişlərinin sabitliyini öncədən müəyyənləşdirən və nəhayət dövlət büdcəsinin müvafiq gəlirlərinin təminatı olacaq.

Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!