Modern.az

Serj Sarkisyan parlamentdə suallara cavab verir

Serj Sarkisyan parlamentdə suallara cavab verir

17 Aprel 2018, 14:36

Ermənistanın eks-prezidenti hazırda baş nazirliyə namizəd Serj Sarkisyan parlamentdə çıxış edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyan çıxışı zamanı aprel döyüşlərinə vurğu edib.

Onun sözlərinə görə aprel döyüşləri gözlənizməz olduğu kimi həm də təxmin olunurdu. Sarkisyan orduda olan problemlərə toxunaraq döyüş ruhu, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, yeni silahların alınması və xalqın gələcəyə inamının artırılması kimi ciddi problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

O, orduda köklü reformalar aparılmasına baxmayaraq bu problemlərin hələ də Erməsintan ordusu üçün prioritet olduğunu bildirib.

 

 “Biz artıq 2016-cı ilin aprelindəki kimi deyilik” Sarkisyan aprel döyüşləri ilə bağlı çıxışının sonunda vurğulayıb.

 

Bundan başqa potensial baş nazir parlament qarşısında çıxışı zamanı bir neçə deputatın suallarını da cavablandıracaq. Artıq 8 deputat Sarkisyana sual vermək üçün qeydiyyata düşüb.

Sualların cavablandırılmasından sonra baş nazirliyə yeganə namizəd Serj Sarkisyanın bu postu tutması üçün açıq səsvermə keçiriləcəyi bildirilir.

 

Qeyd edək ki, Serj Sarkisyanın baş nazir postunu tutmasına etriaz edən minlərlə insan artıq Yerevanda bir neçə dövlət obyektlərini ələ keçirib. Mitinqçilərin sayı artmaqda davam edir.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir