Modern.az

Yerevanda dövlət müəssisələri mühasirəyə alınıb

Yerevanda dövlət müəssisələri mühasirəyə alınıb

17 Aprel 2018, 15:10

Yerevanda etirazçılar onlarla dövlət obyektlərini bloka alıblar.

 

Deputat Paşinyanın başçılığı ilə hərəkət edən etrizçılar hər binanın qarşısında 10-15 nəfərlik qruplar şəklində bloka alır və bununla da həmin müəssisənin fəaliyyətini iflic edirlər. Hazırda etirazçılar mərkəzi küçə ilə digər dövlət müəssisələrinə tərəf addımlayırlar.

 

Bununla əlaqədar bütün müəssisələrin qağıları bağlanılıb. Buna görə də etirazçılar həmin obyektlərin qarşısında oturaq aksiya keçirirlər.

 

Etirazçılar ilə polis arasında gərginliyin artması fonunda ilk şikayət səsləri polisdən gəlirErmənistan polisi etirazçıların onlara qarşı zor tətbiq etdiklərini nümayiş etdirən videomaterial yayımlıyıb.

Videomaterialda etrazçıların polisin qanuni əmrinə tabe olmadıqları və polislərə tərəf daş, taxta və sair kimi başqa nəsnələr atdıqları görsənir.

 

“Hadisə ilə əlaqədar qaldırılmış cinayət işində həmin şəxslərin kimliklərinin müəyyən olunması və məsuliyyətə cəlb olunması işi aparılır.” Ermənistan Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aşot Aqaronyan mətbuata açıqlama verib.

Qeyd edək ki, Erməsintan polisi aprelin 16-dan Nikol Paşinyanın başçılığı ilə keçirilən etiraz aksiyalarını dayandırmaq qərarı qəbul edib və iştirakçılardan meydanları boşaltmağı tələb edib.

 

Əvəz ZEYNALOV

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi