Modern.az

“Mercedes” piyadanı vurub öldürdü  

“Mercedes” piyadanı vurub öldürdü   

17 Aprel 2018, 16:13

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, aprelin 17-də gecə saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Magistralın Şabran rayonu ərazisindən keçən hissəsində Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.  


Dərhal Şabran RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsini “Mercedes Benz” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yol qəzasını törədərək hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü – Bəşir Mühtümov saxlanılıb.


Faktla bağlı araşdırmalar aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!