Modern.az

“Azərişıq” işçi axtarır - ELAN

“Azərişıq” işçi axtarır - ELAN

Aktual

17 Aprel 2018, 16:38

“Azərişıq”ASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi,  Zərdab, Neftçala, Salyan və Kürdəmir  Elektrik şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə  nəzarətçi-mühəndislərin işə qəbulunu elan edib.

Qurumdan Modern.az-a verilən məlumata görə, nəzarətçi-mühəndislər  elektroenergetika və digət texniki  ixtisaslar  üzrə ali təhsilli olmalıdır.

 

İşə qəbul   Səhmdar Cəmiyyətin  “İşə Qəbul Komissiya”sı tərəfindən  test və müsahibə  yolu ilə həyata keçiriləcəkdir. Sənədlər  2018-ci il aprel  ayının 20 tarixinə kimi   İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi,  Zərdab, Neftçala və Salyan Elektrik şəbəkələrinin inzibati binalarında və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin  Kadrlar İdarəsində qəbul olunacaqdır.


Tələb olunan sənədlər:

  • Fotoşəkilli anket forması (CV);
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Təhsil haqqında sənədin surəti.

 

Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32)

E-mail: [email protected]

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi