Modern.az

ABŞ-ın sabiq birinci ledisi öldü

ABŞ-ın sabiq birinci ledisi öldü

18 Aprel 2018, 08:43

ABŞ-ın sabiq birici ledisi, eks-prezident - ata Corc Buşun həyat yoldaşı Barbara Buş 93 yaşında vəfat edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Buş ailəsinin rəsmi təmsilçisi Cim Makqrat özünün “Twitter” səhifəsində yazıb. Barbara Buş xroniki obstruktiv ağ ciyər xəstəliyindən əziyyət çəkib.

O, 1989-1993-cü illərdə ABŞ-ın birinci xanımı olub. Altı övladı olub, lakin qızlarından biri üç yaşında leykemiyadan ölüb.

Barbara Buşun 17 nəvəsi, habelə nəticələri qalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir