Modern.az

Ermənistanda 30-a yaxın etirazçı saxlanıldı

Ermənistanda 30-a yaxın etirazçı saxlanıldı

18 Aprel 2018, 09:19

Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyalar zamanı 30 nəfər saxlanılıb.

 

Modern.az-ın məlumatına görə, polis onları dövlət avtomobillərinə ziyan vurmaqda ittiham edir.

Aksiyaların rəhbəri, müxalif deputat Nikol Paşinyan ötən gün "məxməri inqilab" komitəsinin yaradıldığını elan edib.

 

Paşinyan deyib ki, komitə hərəkatı idarə edilməsi ilə məşğul olacaq və onun qələbə ilə nəticələnəcəyinə çalışacaq.

Müxalif deputatın sözlərinə görə, Gümrü, İcevan, Vanadzor, Kapan, Metsamor şəhərlərində etirazçılar mərkəzi küçələri və əsas yolları bağlayıb.

 

Aprelin 17-də sabiq prezident Serj Sarkisyan ölkə parlamentində keçirilmiş səsvermə nəticəsində Ermənistanın yeni baş naziri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu