Modern.az

Şagird oxuduğu məktəbə hücum etdi: 4 yaralı

Şagird oxuduğu məktəbə hücum etdi: 4 yaralı

18 Aprel 2018, 10:53

Rusiyanın Başqırdıstan Respublikasında yerləşən Sterlitamak şəhərində 1 nömrəli məktəbdə şagird müəllim və sinif yoldaşlarına hücum edib.

 

Modern.az yerli internet resurslara istinadən xəbər verir ki, insidentdə adı çəkilən şagird daha sonra benzinlə özünü öldürmək istəyib.

Yeniyetmə əvvəl sinfə girmədiyi və dəhlizdə tənha oturduğu bildirilir. Müəllim onu kabinetə aparıb və söhbət etmək istəyib. Nəticədə yeniyetmə sinif yoldaşının əlini kəsib və sonra müəllimə hücum edib. Daha sonra isə benzin tökərək özünü öldürmək istəyib.

 

Ümumilikdə 4 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlər içərisində müəllim və iki şagirdlə bərabər insidenti töreədən şəxsin də olduğu bildirilir.

İstintaq komitəsi öz “Telegram kanalında” hadisə yerində istintaq qrupunu işlədiyi və cinayət işinin açılması ilə bağlı müzakirələr getdiyi bildirilir.

 

Qeyd edək ki, Başqırdıstan Respublikası Rusiya Fedarasiyası tərkibində olan türk respublikalarından biridir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir