Modern.az

Məşhur kinofestivalın münsiflər heyəti təsdiq olundu

Məşhur kinofestivalın münsiflər heyəti təsdiq olundu

Aktual

18 Aprel 2018, 11:11

71-ci Kann kinofestivalının yeni jüri heyətini avstraliyalı kino ulduz Keyt Blanşet rəhbərlik edəcək.

 

Modern.az festivalın təşkilatçılarına istinadən xəbər verir ki, jüri heyyətinə ümumilikdə 5 qadın və 4 kişi daxil olub.

Kinofestivalda qadınlardan fransız aktrisa Lea Seydu, Hollivud aktrisası Kristen Stüart, amerkalı senarist Ava Dyüverney, Burundidən müğənni Jadja Ninin heyətdə yer alıb.

 

Qeyd etmək lazımdır ki, kişi münsiflər arasında erməni əsilli fransız rejissor Rober Qediqyanla yanaşı, çinli aktyor Çan Çen, kanadalı rejissor Deni Vilnöv və rusiyalı rejissor Andrey Zavyaqintsev də yer alıb.

Festivalın direktoru Terri Fremo kinofestival üçün 1906 tammetrajlı film nəzərdən keçirildiyini bildirib. Bu filmlər içərisindən cəmi 18-i festivalda iştirak imkanı əldə edib.

 

Festivalın mayın 8-dən 19-na kimi olacağı planlaşdırılır.

Qeyd edək ki, ilk dəfə Kann kinofestivalı Fransanın Aralıq dənizi sahillərində 1946-cı ildə keçirilib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!