Modern.az

Ermənistan müxalifətinin lideri Sarkisyana XƏBƏRDARLIQ etdi

Ermənistan müxalifətinin lideri Sarkisyana XƏBƏRDARLIQ etdi

18 Aprel 2018, 12:24

Ermənistandakı etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyan baş nazir Serj Sarkisyana mesaj göndərib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yürüş zamanı etirazçılar qarşısında çıxış edən Paşinyan hazırda tikanlı məftillərin yoxluğuna diqqət çəkərək bunu dünənki çıxışı ilə əlaqələndirib.

 

O bildirib ki, dünən onun Sarkisyana verdiyi mesajdan sonra axşam baş nazirin əmri ilə məftillər yığışdırılıb. Bu gün isə o yenidən həmin mesajı ikili formada etrizaçılar qarşısında təkrar edib.

“Biz gəldik ki, mənzərə bərpa olunsun. Serj Sarkisyan, sən dünyaya tikanlı məftillər və polis qalxanları arxasında baxacaqsan. Serj Sarkisyana layiq mənzərə bərpa olundu. Əgər yenə yığışdırsanız biz qayıdıb mənzərəni bərpa edəcəyik” -deyən Paşinyan sonda polislərə də söz atıb.

 

Deputat polislərə rişxənd edərək xidmətlərinə görə təşəkkür də edib.

ABŞ hökuməti mitinqləri ciddi şəkildə izlədiyini və polislə etirazçılar arasında hərdən baş verən toqquşmalara diqqət çəkərək tərəflərə təmkinli olmağı məsləhət görüb.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir