Modern.az

Əmanətlərin Sığortalanması Fondundan “Royalbank”ın kreditorlarına MÜRACİƏT

Əmanətlərin Sığortalanması Fondundan “Royalbank”ın kreditorlarına MÜRACİƏT

18 Aprel 2018, 13:21

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank"  ASC-nin kreditorlarına müraciət edib.

 

Fonddan Modern.az-a daxil olan məlumata görə, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 23 aprel 2018-ci ildən etibarən başlanacaq.

 

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

 

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?