Modern.az

Daxili işlər nazirinin avtomobil karvanı qəzaya uğradı 

Daxili işlər nazirinin avtomobil karvanı qəzaya uğradı 

Aktual

18 Aprel 2018, 13:32

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun avtomobil karvanı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə Tekirdağ vilayətində qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisəyə səbəb kimi yaxından keçən yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi göstərilir. Yük maşını bir neçə avtomobilə dəyib.

Nazirin xəsarət almadığı bildirilir.

Qeyd edək ki, Türkiyədə ilin ilk 3 ayı ərzində 93 966 yol-nəqliyyat hadisəsi baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi