Modern.az

KİV haqqındakı qanuna dəyişiklik edilir

KİV haqqındakı qanuna dəyişiklik edilir

18 Aprel 2018, 15:10

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir.

 

Modern.az-ın məlumatına görə, qanunun 21-ci maddəsinə (kütləvi informasiya vasitələrinə sponsorluq)  dəyişiklik təklif edilir.

 

Belə ki, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər. “Reklam haqqında” qanuna uyğun olaraq reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

 

Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının reklamvericinin, sponsorun adı və loqosunun yerləşdirilməsi reklam hesab olunur. Sponsor reklamı “Reklam haqqında”qanuna uyğun olaraq  yayımlanır.

 

Bundan əlavə qanunun 45-ci maddəsinə (Təkzib, cavab və düzəliş verilməsi qaydası) də dəyişiklik təklif edilir:

Yeni təklifə görə, haqsız, qeyri-dəqiq  və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur.

 

Qanun layihəsinə dəyişiklik Milli Məclisin İnsan hüquqları komitəsinin aprelin 20-də keçiriləcək iclasında müzakirə ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir