Modern.az

Bütün mübahisələrə bu yolla son qoyulacaq - UEFA-dan tarixi qərar

Bütün mübahisələrə bu yolla son qoyulacaq - UEFA-dan tarixi qərar

18 Aprel 2018, 20:36

UEFA videotəkrar sisteminin (VAR) Çempionlar Liqasında (ÇL) tətbiqinə tələsmir. Bunu qurumun prezidenti Aleksander Çeferin açıqlayıb.

O, bildirib ki, 2018/19 mövsümündə VAR-dan istifadə olunmayacaq. Çeferin yeniliyin ÇL-də tətbiqinin 2019/20 mövsümündə mümkün olmasını qeyd edib: “ÇL “Ferrari” və ya “Porşe” kimidir. Dərhal əyləşib, sürə bilməzsən. Əvvəl məşq etməli, sınaqdan keçirməlisən. Hər kəs bilməlidir ki, necə işləyir. Bu üzdən də VAR-ın turnirdə peyda olması hələ tezdir. Amma sistemin qitənin ən nüfuzlu klub turnirində istifadəsi qaçılmazdır. Buna görə də, tələsmək lazım deyil. Real baxsaq, VAR-ın ÇL-in 2019/20 mövsümündə istifadəsi mümkündür”.

Qeyd edək ki, VAR-dan bu ilin yayında Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində də istifadə olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?