Modern.az

“Qalatasaray”  Avropa Kubokunun qalibi oldu

“Qalatasaray”  Avropa Kubokunun qalibi oldu

19 Aprel 2018, 00:32

İstanbulun “Qalatasaray” klubunun qadın basketbolçuları Avropa Kuboku turnirinin qızıl medalını qazanıblar.

Modern.az  xəbər verir ki, istanbullular iki oyunluq final qarşılaşmasının cavab matçında İtaliyanın “Reyer” klubuna 65:72 hesabı ilə uduzsalar da, ilk oyundakı 90:68 hesablı qələbə sayəsində çempion olublar.

Bu il mübarizəyə Avropa Liqa turnirində başlayan “Qalatasaray” 14 qarşılaşmada 6 qələbə və 8 məğlubiyyətdən sonra Avropa Kuboku turnirində yarışmalı olmuşdu. “Qalatasaray”ın qadın basketbol komandası Avropa Kubokunun yarımfinalında İspaniyanın “Perfumerias Avenida” klubunu mübarizədən kənarlaşdırıb (69:62, 55:57).

Qeyd edək ki, bu, “Qalatasaray”ın Avropa Kuboku turnirində ikinci çempionluğudur. Klubun qadın basketbolçuları 2008-2009-cu il mövsümündə çempion adını qazanıblar. “Qalatasaray” 2013-2014-cü il mövsümündə isə Avropa Liqasının qalibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır