Modern.az

Tramp və Kim Çen In İsveçrədə görüşə bilər

Tramp və Kim Çen In İsveçrədə görüşə bilər

19 Aprel 2018, 09:10

Çinin, Monqolustanın və Şimali Koreyanın paytaxtları təhlükəsizlik baxımından ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək görüşün mümkün yerləri kimi artıq nəzərdən keçirilmir.

 

Trend-in "NBC" telekanalına istinadən verdiyi məlumata görə, ABŞ tərəfi görüşün neytral yerdə keçməsini istəyir və Avropa ölkələrinə üstünlük verir. Görüşün baş tutacağı ölkələrin siyahısında İsveçrə ilk pillədədir.

 

Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır. Donald Tramp Kim Çen Inla may ayının sonuna qədər görüşmək niyyətində olduğunu bildirmişdi. Prezident bildirmişdi ki, görüş üçün 5 mümkün yeri nəzərdən keçirir. Daha sonra D.Tramp bildirib ki, "əgər işlər yaxşı gedərsə" görüş iyunun əvvəli baş tutacaq, lakin heç baş tutmaya da bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır