Modern.az

Ermənistanda etirazçıların kütləvi həbsləri başlayıb

Ermənistanda etirazçıların kütləvi həbsləri başlayıb

19 Aprel 2018, 10:11

Bu gün səhər saatlarında hökumət binasının ətrafında etriazçıların həbsi başlanıb.

 

Modern.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, həbs olunanlar arasında tələbə hərəkatının lideri David Petrosyan da var.

 

Etirazçılardan bir nəfər maşının təkərləri altına uzanaraq onun getməsinə mane olmağa çalışıb.

 

Onların əksəriyyətinin tələbə gənclər olduğunu nəzərə alsaq, bu addımın xüsusi sifariş olduğunu da qeyd etmək olar.

Etirazçıların lideri Nikol Paşinyan mitinqdə iştirak edənlərə passiv müqavimət göstərmək çağırışı edib.

 

Şahidlər səhər saatlarında hadisə yerinə çoxlu sayda polis və xüsusi təyinatlıların gətirildiyini və həbslərin bundann sonra başladığını bildirirlər.

Hadisələr gərginləşib. Polis binanı mühasirədən çıxara bilib. Etirazçılar polislərin qabağında oturaraq onların hərəkətinə mane olmağa çalışırlar.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir