Modern.az

Tramp: “Ruslarla qarşıdurmada çox insan həlak oldu”

Tramp: “Ruslarla qarşıdurmada çox insan həlak oldu”

Dünya

19 Aprel 2018, 10:18

ABŞ prezidenti Donald Tramp Suriyada bir neçə həftə əvvəl Rusiya və ABŞ hərbçiləri arasında baş vermiş ciddi qarşıdurma haqda danışıb.

 

Modern.az xəbər verir ki bu barədə “Ria Novosti” məlumat yayıb.

“Biz bu barədə danışmışdıq. Bu yaxınlarda, bir ay əvvəl Suriyada bizim Rusiya hərbçiləri ilə ciddi qarşıdurmamız olub. Təəssüflər olsun ki, bu qarşıdurmada çox insan həlak oldu”- deyə Tramp bildirib.

 

Qeyd edək ki, Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Suriyada Rusiya hərbçilərinin ABŞ hərbçiləri ilə qarşıdurmada həlak olması haqda yayılan məlumatı dezinformasiya adlandırmışdı.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir