Modern.az

Ermənistan müxalifəti hökumətin iclasına mane ola bilmədi

Ermənistan müxalifəti hökumətin iclasına mane ola bilmədi

Dünya

19 Aprel 2018, 11:36

Ermənistanda maraqlı aksiyalar davam edir

 

Hökumət binasının ətrafında kütləvi həbslərdən sonra etriazçılar polisi də öz sıralarına çağırıblar.

 

 Modern.az Ermənistan mətbuatın istinadən xəbər verir ki, hökumət binası ətrafına polislər gəlməkdə davam edir.

Hazırda polislər binanı mühasirəyə ala biliblər. Və bununla da binanı etriazçıların mühasirəsindən çıxarıblar.

 

Daha sonra etirazçıların lideri Paşinyan polislərə qalxan, dubinka və kaskalarını yerə qoymağı və onlara qoşulmağı təklif edib.

 Polisinlərin binanı mühasirədən çıxarması və etirazçıları binadan uzaqlaşdırmalarından sonra etirazçılar taktikanı dəyişib.

Qeyd edək ki, Paşinyanın Hökumət binasının 3-cü korpusunu mühasirəyə almaqla Nazirlər Kabinetinin bu gün keziriləcək ilk iclasına mane olmaq planı baş tutmayıb.

 

Bundan sonra etriazçılar yeni taktikaya əsasən yolları da bağlamaqdan əl çəkərək əsas yolun hər iki səkisini tutblar. Daha sonra yoldan keçən sürücülərə “Serjə qarşısansa, siqnal ver” çağırışı ediblər.

Qeyd edək ki, etirazçılar bir az da olsa yeni hökumətin fəaliyyətinə maneə ola biliblər. Hökumətin yeni iclası günün ikinci yarısında baş tutacaq.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!