Modern.az

Rusiya yenə TƏƏCCÜBLƏNDİRDİ – PUA-ların qənimi olan yeni SİLAHLAR

Rusiya yenə TƏƏCCÜBLƏNDİRDİ – PUA-ların qənimi olan yeni SİLAHLAR

Dünya

19 Aprel 2018, 12:09

Rusiyanın “Avtomatika” konserni Rusiya hərbçiləri üçün pilotsuz uçan aparatlara qarşı 3  ədəd radioelektron mübarizə silahı icad edib. Modern.az saytı Rusiya KİV-nə istinadə xəbər verir ki, bu silahlar PUA-ları “dəli edir”.

 

Bunlar daşına bilən “Pişal”, stasionar “Taran” və mobil “Sapsan” adlı silahlardır. Silahların üçünün də iş prinsipi eynidir. Üçü də radioelektron dalğalar vasitəsi ilə PUA-ları sıradan çıxarır. Maraqlısı burasıdır ki,  onlar müxtəlif növ PUA-lara müxtəlif cür təsir edir.

 

“Belə ki, əgər bu kvadrokopterdirsə, bizim silahlar onu  havada donaraq dayandırır. Sonra külək onun müvazinətini pozur və yerə düşür. Pilotsuz təyyarələr idarə olunmaz şəkildə yüksəkliyi itirir və yerə çırpılır” - “Avtomatika”nın əsas layihəçisi Sergey Şiryayev danışıb.

 

Konserndən bildirilib ki, bu silahlar çoxfunksiyalıdır. Bu silahlar PUA-ları müəyyən edir, sonra müşayiət edərək radio dalğalarına təsir edir və nəticədə onları zərərsizləşdirir.

Bu üçü arasında “Sapsan” kompleksi xüsusi fərqlənir. Kompleks bütün növ PUA-larla mübarizə üçün nəzərdə tutulub. O, PUA-ları 100 km radiusda infraqırmızı dalğalarla görüntülü müəyyən edir və sonra yuxarıda qeyd etdiyimiz kimi müşayət edərək hədəfə köklənmiş radiodalğalar göndərərək onu sıradan çıxarır. Bundan əlavə bu kompleks müşayiət etdiyi PUA-nın xüsusi təhlükəli olduğunu müəyyən edərsə onun dəqiq koordinatlarını hava hücumundan müdafiə komplekslərinə ötürür.

 

Əsasən “qalxan” funksiyası daşıyan “Taran” isə kütləvi dron hücumuna qarşı mübarizə üçün nəzərdə tutulub. Belə ki, o olduğu ərazidə 900 metr radiusda radiodalğalardan bir qalxan yaradır. Həmin əraziyə keçən istənilən PUA idrəsini itirir və yerə enir. Dalğalar qalxanın altında olan insanlar üçün tamamilə zərəsizdir. Hətta mobil rabitə əlaqəsi də işləyir. Bu silah dron sürüləri üçün effektiv mübarizə sayılır.

 

“Pişal” isə adi silah formasındadır və cəmi üç kiloqram çəkisi var. Bu silah isə tək-tək hədəflər üçün nəzərdə tutulub. Silahın təhciz olunduğu akkumulyator onun fasiləsiz bir saatlıq fəaliyyətinə bəs edir.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?