Modern.az

Dövlət İmtahan Mərkəzi deputata ETİRAZ ETDİ

Dövlət İmtahan Mərkəzi deputata ETİRAZ ETDİ

19 Aprel 2018, 12:12

Milli Məclisin deputatı Kamilə Əliyeva Modern.az-a açıqlamasında Azərbaycanda fəaliyyət göstərən hazırlıq və dil kurslarını ciddi tənqid edib.

 

Deputat abituriyentləri Dövlət İmtahan Mərkəzinin nəzdində fəaliyyət göstərən kurslara yönləndirici çağırış edib.


“İnsanlar daha çox Dövlət İmtahan Mərkəzinin (DİM) nəzdində olan kurslara üstünlük versinlər. Bir təhsil işçisi kimi insanlarımıza DİM-in nəzdində fəaliyyət göstərən kurslara üstünlük verməyi tövsiyə edirəm.  Çünki həmin kurslarda mütəxəssislər fəaliyyət göstərirlər. Həm də orada abituriyenlərə testlərlə necə və hansı qaydada işləmək qaydası öyrədilir. Bundan əlavə, bu hazırlıq kursları DİM-in nəzdində olduğu üçün ona nəzarət edilir. Digər kurslara isə nəzarət edilmir”.


Xanım depuatın səsləndirdiyi fikirlərə Dövlət İmtahan Mərkəzi etiraz edib. DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında bunları deyib.

“Dövlət imtahan Mərkəzinin nəzdində abituriyent hazırlıq kursları fəaliyyət  göstərmir. Abituriyentlərin nəzərinə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün hər hansı hazırlıq kursu təşkil edilmir!

Dövlət İmtahan Mərkəzi yalnız müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan  magistrlər üçün yeni təhsil proqramları əsasında buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması, onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları təşkil edilir. Çox təəssüf ki, bəzi kütləvi informasiya vasitələrində verilən məlumatlarda müəyyən şəxslər marker hazırlıq kursu ilə abituriyent hazırlıq kurslarını səhv salır. Bir daha bildiririk ki, DİM abituriyentlər üçün ali məktəblərə qəbulla bağlı hazırlıq kursları təşkil etmir və digər kommersiya məqsədilə yaradılan kursların heç biri ilə əməkdaşlıq etmir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir