Modern.az

“Urmu: dünyanı yandıran müharibədə”

“Urmu: dünyanı yandıran müharibədə”

Aktual

19 Aprel 2018, 14:34

Bu gün Atatürk Mərkəzində “Urmu:dünyanı yandıran müharibədə” kitabının təqdimatı keçirilib. Kitab I Dünya müharibəsinin son illərində Urmuda və onun ətrafında baş verən ağır hadisərdən bəhs edir. Həmin dövrdə İran Xarici İşlər Nazirliyinin Urmu İdarəsinin rəisi olmuş və bu hadisələri gözləri ilə görmüş Rəhmətulla xan Mütəmədülvülzaranın xatirələri buna canlı şahiddir. Kitabın ideyası və maliyəsi GünAzTv-nin qurucusu Əhməd Obalıya aiddir.

 

Kitabı fars dilindən Azərbaycan dilinə filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmsi Pənahoğlu tərcümə edib, redaktor isə tarix elmləri doktoru, professor Nəsib Nəsiblidir.

 

Əhməd Obalı çıxışı zamanı deyib ki, kitab sənədlərdən istifadə olunaraq yazılıb. “Azərbaycanın həm cənubunda həm şimalında ermənilər tərəfindən soyqırımılar törədilib. Bizim bu kitabı ərsəyə gətirməkdə məqsədimiz gənclərimizin tariximizi yaxşı mənimsəməsidir. Kitab İran Xarici İşlər Nazirliyinin Urmu İdarəsinin rəisi olmuş və bu hadisələri gözləri ilə görmüş Rəhmətulla xan Mütəmədülvülzaranın xatirələridir”.

 

Tədbirdə deputat Nizami Cəfərov, xalq yazıçısı Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edib, kitab haqqında fikirlərini bildiriblər

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!