Modern.az

Azərbaycanda 193.1 mln. manat sığorta haqqı toplanıb

Azərbaycanda 193.1 mln. manat sığorta haqqı toplanıb

19 Aprel 2018, 15:17

2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 mln. manat məbləğində sığorta haqqı toplanıb, 60.3 mln. manat məbləğində sığorta ödənişi aparılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Modern.az-a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 157.1 mln. manat, ödənişlər isə 44.4 mln. manat təşkil edib.

İcbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olub.

2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81%-i könüllü, 19%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir