Modern.az

Sarkisyan 3 naziri vəzifəsində saxladı

Sarkisyan 3 naziri vəzifəsində saxladı

19 Aprel 2018, 15:45

Ermənistanın yeni baş naziri Serj Sarkisyan yeni hökumətin tərkibini formalaşdırarkən daha 3 naziri öz postunda saxlayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vardan Aramyan maliyyə naziri, David Lokyan ərazilərin inkişafı naziri və Suren Karayan iqtisadi inkişaf və investisiya naziri postlarında təkrar təsdiq olunublar.

 

Bundan əvvəl, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Viqen Sarkisyan da öz postlarını saxlamışdılar.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir