Modern.az

Hər ayağınıza olan ayaqqabını almayın - Tanınmış modelyerdən vacib MƏSLƏHƏT  

Hər ayağınıza olan ayaqqabını almayın - Tanınmış modelyerdən vacib MƏSLƏHƏT   

19 Aprel 2018, 16:01

Ayaqqabı hər zaman insan geyiminin ayrılmaz elementidir. Bəziləri ayaqqabını rahatlığına, bəziləri estetik görünüşünə, əksəriyyət isə qiymətinə görə seçir. Qəşəng görünmək xüsusilə qadınlarda hər zaman ön planda olduğu üçün ayaqqabılarda rahatlıq ikinci planda qalır.


Sənətşünaslıq və fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Modern.az
saytına deyib ki, xanımlar həm rahat, həm də klassik ayaqqabılardan istifadə etməlidir:

“Ayaqqabılar geyimdə çox önəmli yer tutur. Çünki  geyimi hazırlayan zaman onu bədənə otuzdursan da, ayaqqabısız  kənardan tamamlanmamış görünür. Amma geyim üçün nəzərdə tutulan ayaqqabıdan istifadə edəndə görkəm tamamilə dəyişir. Bu baxımdan geyimlə düzgün seçilən ayaqqabılar ciddi əhəmiyyətə malikdir.

Gündəlik həyatda, ziyafət geyimləri üçün nəzərdə tutulan, ekstravaqant, qeyri-adi daban formasına malik olan  ayaqqabı nümunələri var. Mən onların həm rahat olanından, həm də klassik olanından yanayam. Klassik formalar uzun illər gündəmdə və dəbdə qalır”.

Modelyer deyib ki,  hazırda brend ayaqqabıların təqlidləri də mövcuddur:

“Amma ayaqqabı alan zaman onun təqlidini deyil, orijinalını almaq lazımdır. Ucuz və ya bahalı olsun, yaxşı olar ki,  brendin öz məhsulundan istifadə edəsən. Bu da rahatlıqda, keyfiyyətdə özünü göstərir.

Son zamanlar ayaqqabı dəbində döş hissəsinin yarpaqvari, o cümlədən yastı forması gündəmdədir. Bunlarla yanaşı, yenə də döş hissədə hündürlük olan, dabanlı, üzərində bəzəkləri olan ayaqqabı nümunələri dəbdədir”.

G.Xəlilova ayaqqabı seçərkən onun üzərində çox element, aksesuar  olmamasına diqqət edir:

“Ayaqqabı və çanta çox rənglidirsə, ona seçilən geyimin saya rəngli olması mütləqdir. Yaxud saya rəngli ayaqqabılar seçiləndə  geyimi fərqli etmək mümkündür. Mən ayaqqabıların ayaq rahatlığı nəzərə alınaraq alınmasının tərəfdarıyam. Zaman keçdikcə ayaqlarda bəzi xəstəliklər ortaya çıxır. Burda da düzgün ayaqqabı seçimi önəmlidir. Rahat olmayan ayaqqabı formaları ayaqları sıradan çıxarır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?