Modern.az

Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb

Vikipediya-da “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb

19 Aprel 2018, 17:34

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən Kəlbəcər rayonunda ermənilər tərəfindən törədilmiş “Başlıbel faciəsi” haqqında məqalə yaradılıb.

Modern.az xəbər verir ki, məqalədə 25 il bundan əvvəl Kəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğınlar haqqında faktlar təqdim olunub.

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcərin Başlıbel kəndində ermənilər tərəfindən törədilmiş vəhşiliklər və mühasirəyə düşən 73 kənd sakininin faciəvi aqibəti təsvir olunub.

Faciə ilə bağlı 2017-ci ildə Azərbaycan və ingilis dillərində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” adlı kitab nəşr olunub. Kitabda ermənilərin Başlıbel kəndində törətdiyi qırğının canlı şahidlərinin fikirləri yer alıb, həmçinin, mühasirədə qalan uşaqların, qocaların və qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilib.

“Başlıbel faciəsi” adlı tarixi fakt ilə ətraflı şəkildə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

//az.wikipedia.org/wiki/Ba%C5%9Fl%C4%B1bel_faci%C9%99si

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir