Modern.az

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü

Dünyanın ən yaşlı kişisi çarpayıdan yıxılıb öldü

19 Aprel 2018, 17:49

Qeyri-rəsmi olaraq dünyanın ən yaşlı kişisi hesab olunan 121 yaşlı Çili sakini çarpayıdan yıxılıraq ölüb.

Trend-in məlumatına görə, Selino Vilyanueva Xaramilyo bir neçə gün əvvəl çarpayıdan yıxılıb və nəticədə onun qabırğası, eləcə də ağciyəri zədələnib.

O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, 1896-cı ilin iyulunda anadan olduğu deyilən S.V.Xaramilyonun sənədləri yandığı üçün onun yaşı Ginnessin rekordlar kitabı tərəfindən qeydə alınmayıb. Hazırda dünyanın ən yaşlı kişisi 112 yaşlı yaponiyalı Masadzo Nonaka hesab olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir