Modern.az

Kubada Kastro erası başa çatdı

Kubada Kastro erası başa çatdı

19 Aprel 2018, 18:07

Kuba Xalq Hakimiyyətinin Milli Məclisi Dövlət Şurasına yeni sədr təyin edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəl Dövlət Şurasını sədrinin birinci köməkçisi vəzifəsini tutmuş Migel Dias Kanel bu vəzifəyə yiyələnib.

Dias Kanel parlamentdə mümkün 604 səsdən 603-nü yəni 99,83%-in dəstəyini qazanıb. Onunla yanaşı sədrin müavinləri də müəyyən olub.

 

Beləliklə sədrin birinci müavini Salvador Valdes Mesa olub. Digər beş müavin vəzifələrinə Ramiro Valdes Menendes, Roberto Tomas Morales Oxeda, Qladis Mariya Bexerano Portela, İnes Mariya Çapman və Beatris Conson Urrutiya təyin olunub. Sədrin katibi vəzifəsini Omero Akosta tutub.

 

Kanel eks sədr Raul Kastronun yaxın dostu olub. O, Raul kimi Kubada aparılan son reformaların tərəfdarı olub. Bu da onun siyasətinin davam etdiriləcəyini göstərir.

Qeyd edək ki, Dövlət Şurasını rəhbəri hansı ki öz növbəsində Nazirlər Kabinetinin də rəhbəri vəzifəsini tutur nəticədə Kuba xalqının lideri Hesab olunur.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir