Modern.az

Ermənistanda polis xalq tərəfə keçir

Ermənistanda polis xalq tərəfə keçir

Aktual

19 Aprel 2018, 18:00

Ermənistanda Serj Sarkisyanın hakimiyyəti növbəti dəfə zəbt etmə cəhdi ilə bağlı etiraz aksiyaları davam edir. Hadisələrin episentri Gümrü şəhərinə keçib.

 

“Hraparak” erməni nəşri xəbər verir ki, bir müddət öncə Gümrünün Vardanants meydanında mitinq iştirakçıları ilə polis arasında toqquşma baş verib.

 

Lakin polis əməkdaşları mitinq iştirakçılarına qarşı güc tətbiq etməkdən imtina ediblər və həmkarlarını xalq kütlələrinin tərəfinə keçməyə çağırıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı