Modern.az

Avropa Komissiyasının rəhbəri Azərbaycan prezidentini təbrik etdi

Avropa Komissiyasının rəhbəri Azərbaycan prezidentini təbrik etdi

Aktual

19 Aprel 2018, 20:25

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Modern.az-ın məlumatına görə, təbrik mətnində deyilir: 

"Cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Ümidvaram ki, yeni mandatınız Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin dərinləşdirilməsi, xüsusən də fundamental dəyərlərə və prinsiplərə, o cümlədən siyasi və iqtisadi maraqlarımıza söykənən daha əhatəli yeni ikitərəfli saziş üzrə aparılan danışıqların yekunlaşdırılması üçün zəmin yaradacaq. Bizim vacib hesab etdiyimiz məsələlərin mərkəzində fundamental hüquqlara və demokratik prinsiplərə hörmət hissi dayanır və mən Sizin həmin mühüm dəyərlər istiqamətində qətiyyətli fəaliyyət göstərəcəyinizə əminəm.

Cənab Prezident, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar