Modern.az

Yaponiya Rusiyadan 4 adanı tələb edir 

Yaponiya Rusiyadan 4 adanı tələb edir 

Dünya

19 Aprel 2018, 20:18

Yaponiya Kuril adalarında keçirilən hərbi təlimlərə görə rəsmi Moskvaya etiraz edib.

Modern.az  xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa danışıb.

“Diplomatik kanallar vasitəsilə biz (rus tərəfinə) etirazımızı bəyan etdik, çünki dörd şimal adasında hərbi gücün inkişafı ölkəmizin mövqeyi ilə uyğun deyil”, - baş katib bildirib.

Suqanın sözlərinə görə, münasibətlərin tənzimlənməsi üçün ərazi məsələsi həll edilməlidir:

“Biz dörd şimal adasının qaytarılması və sülh müqaviləsinin bağlanması barədə təcili müzakirələr aparmaq niyyətindəyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır