Modern.az

Neftin qiyməti 100 dolları ötəcəkmi? - PROQNOZ

Neftin qiyməti 100 dolları ötəcəkmi? - PROQNOZ

İqtisadiyyat

19 Aprel 2018, 23:26

Səudiyyə Ərəbistanı “öz istədiyinə nail olsa”, neftin bir barelinin qiyməti 100 dolları ötəcək.

Modern.az xəbər verir ki, bunu “USA Today” nəşrinin ekspetləri bildirib.

Məqaləyə görə, OPEC ölkələri, eləcə də, təşkilatın bir çox tərəfdaşları 2019-cu ilin ortalarına kimi hasilat həcmini azaltmağı davam etdirməyi planlaşdırır. Bu, bazarda neft defisitinin yaranmasına yol açacaq.

Ekspertlərin fikrincə, bu, Səudiyyə Ərəbistanının işinə yarayacaq, belə ki, belə olan halda “IPO” sisteminə qoşulmağa çalışan “Saudi Aramco” şirkətinin dəyəri qalxacaq.

“Saudi Aramco”nun ilk səhmlərini satışa çıxarmaqla, Ər-Riyad neft resurslarına olan yüksək qiymətləri saxlamağa çalışır.

“USA Today”ə görə, Səudiyyə Ərəbistanının planları neft bazarlarının cari trendlərində ciddi dəyişikliklərə yol aça bilər.

Neft qiymətinin bahalaşmasına neft ehtiyatlarının azalması, tələbin artması və Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi təsir göstərəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı