Modern.az

Məşhur aktyor Ermənistana səfər edəcəyi ilə bağlı xəbərləri inkar etdi

Məşhur aktyor Ermənistana səfər edəcəyi ilə bağlı xəbərləri inkar etdi

19 Aprel 2018, 23:58

Amerikalı aktyor və rejissor Stiven Siqal Ermənistana səfər edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. APA-nın məlumatına görə, bu barədə o, özünün "facebook" səhifəsində yazaraq bu məlumatların doğru olmadığını deyib: "Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm. Çünki mən Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm".

 

Qeyd edək ki, Ermənistan mətbuatı Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyini yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir