Modern.az

Lənkəranda evdə partlayış: ağır yaralı var

Lənkəranda evdə partlayış: ağır yaralı var

20 Aprel 2018, 00:03

Lənkəranda yaşayış evində partlayış olub. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Xolmili kəndində, evin hamamında baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Sübhan Baloğlan oğlu Bağırov hamamda su isitmək üçün qazı yandırarkən partlayış olub. Nəticədə S. Bağırov ağır yanıq xəsarətləri alıb.

 

S. Bağırov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 2-ci dərəcəli yanıq diaqnozu qoyulan yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir