Modern.az

Əmanətlərin Sığortalanması Fondundan bu bankın kreditorlarına MÜRACİƏT

Əmanətlərin Sığortalanması Fondundan bu bankın kreditorlarına MÜRACİƏT

20 Aprel 2018, 10:16

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı"  ASC-nin  kreditorlarına müraciət edib.

Fonddan Modern.az-a verilən məlumata görə, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 23 apreldən etibarən başlanacaq.

Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etsinlər. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir