Modern.az

Prezidentin Fərmanı anlayana bir dərsdir

Prezidentin Fərmanı anlayana bir dərsdir

20 Aprel 2018, 11:16

Aida Eyvazlı

Prezident İlham Əliyev ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman verib. Fərmanda qeyd olunur ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilsin.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin inauqurasiyasından sonra verdiyi ilk FƏRMAN!!!

Bu fərman cəmiyyətə böyük bir mesaj, anlayana böyük bir dərsdir. 

Bu fərmanla cənab Prezident bir daha unudanlara xatırlatmaq istədi ki, ölkə üçün, dövlət üçün Pezident üçün Vətən uğrunda canından keçənlər, şəhid olanlar, qazi olanlar, onların ailələri çox dəyərlidir. İstər cənab Prezident İlham Əliyev, istərsə də Azərbvaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün görüşlərində və çıxışlarında yuxarıda adıını çəkdiyim kateqoraiyadan olan insanlara xüsusi rəğbət bəsləyir. Şəhid analarını, qaziləri, Vətən müharibəsi əlillərinin, xüsusi imtiyaza malik olan bu inasanların ,onlara dövlət və Konstitusiyamızın verdiyi bütün səlahiyyətlərdən istifadə etmək hüququnun olduğunu xatırladır. Və onlar üçün bu Vətəndə bütün imkanları yaradır.

Məsləkim və peşəmlə əlaqədar şəhid aillələri, qazilər ətraflarında süni yaradılan maneələr üzündən tez-tez mənə müraciət etmək məcburiyyətində qalıblar. 2016-cı ilin aprel ayından sonra isə belə müraciət edənlərin sayı daha da çoxalıb. Sağ olsun Vətəni sevən, şəhidlərinə və qazilərinə qiymət verən dəyərli dostlarımız. Onların bir çoxunun köməkliyi ilə və yaxud da mətbuatda həmin ailələrin problemlərini işıqlandırmaqla, bir neçəsinin xırda və hətta böyük problemlərini həll edə bildik.

Lakin...Sumqayıtın, Şamaxının, Biləsuvarın... icra hakimiyyətlərində şəhid ailələrinə qarşı hər zaman etinasızlıq, hirs və hikkə gördük. Əgər cənab Prezident, şəhid və qazi ailələrini belə yüksək dəyərləndirirsə, siz şəhidin yaşadığı məhəlləsinə onun portretini, şəklini vurmağa qadağa qoyursunuzsa, bu sayğızılığın adını nə qoyaq? Axı cəmiyyətə, gələcəyimiz olan uşaqlarımıza həmin şəhidlərin həyatını misal çəkməklə, Vətən sevgisini aşılaya bilərik. Əgər şəhid ailəsi gedib bir vaqona sığınırsa və ya ona kömək məqsədi ilə təsərrüfat və ya torpaq ayrılanda, danaları saxlamaq üçün ingilis dilini bilməməyini günah sayırlarsa, əgər Pirallahıda icra nümayəndələri şəhidin evinin ünvanını tanımırsa, bu Prezidentin verdiyi tapşırığa etinasızlıq deyilmi? 

Ali Baş Komandan bütün çıxışlarında Aprel zəfərini yazan şəhidlərimizi və qazilərimizin qəhrəmanlığından danışaraq, onları bizim baş tacımız sayır. Nə qədər ki, vaxtınız var,səhvlərinizi düzəldin. Qapınızı iş üçün döyən qazilərə iş yeri verin, ordudan təxris olunan qazilərin işlə təmin olunması üçün də narahatlıq keçirin. Onlar düşmənin qarşısında sınmayıblar, bizim vuqarımızı ucaldıblar. İndi siz onları işlə, çörəklə imtahana çəkməyin!!! Axı o qazilər bir gün səngərdə olmayanlardan fərqli olaraq, hərb işini daha mükəmməl bilirlər. Onları cəmiyyətdən təcrid etmək olmaz. Onların güclü ruhu bu cəmiyyətdə yeni vətəndaşların formalaşması üçün çox lazımdır. Vətən uğrunda qanını tökən qazi və veteranları, qəbul etməkdə çətinlik çəkən, onları müalicədən imntina edən xəstəxanalar və hospitallar, unutmayın ki, onlar bizə Qalibiyyət şərbətini içirib. Onların müayinəsi pulsuz-parasız olmalıdır. Və bir də ki, "Aprel 2016" Şəhid ailələrinə dəstək" İctimai Birliyinin şəhadətnaməsini bizə verməyən məmurlar, unutmayın ki, biz Ali Baş Komandanın görmək istədiyi yoldayıq. Biz bu Vətəni çox sevirik. Hətta ən doğma insanımız şəhid olduqdan sonra da, Vətənin şəhid ailələrinin yanında olmaq, Ali Baş Komandana dəstək olmaq üçün çalışırıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?