Modern.az

“Millət qalıb bu \"cənablar\"ın əlində” - Sabir Rüstəmxanlıdan yaltaqlara ETİRAZ  

“Millət qalıb bu \

20 Aprel 2018, 11:35

Əcəb işə düşmüşük. Millət qalıb bu "cənablar"ın əlində.  Modern.az-ın məlumatına görə, bunu sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bəzi məmurlara etirazı zamanı bildirib.


Xalq şairi deyib ki, yeri gəldi-gəlmədi, hər kəsin adının qabağına bir “cənab” sözü yamayırlar.


Son dəfə eşitdiyim lap fantastikadır! "Cənab başçının cənab birinci müavini!" . Bu bir kiçik məmurun müraciəti idi... Belə gedirsə, bir azdan "cənab başçının cənab birinci müavininin cənab köməkçisi!" kimi müraciətlər də eşidəcəyik. Millətin ruhuna yaltaqlıq və köləlik vərdişləru calaq edilir”, deyə S.Rüstəmxanlı bayağı müraciət formalarına etiraz edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir